Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb
# 29 may 2021 12:08 (UTC +04:00)

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR