Novxanıda istirahət mərkəzində yanğın olub

Novxanıda istirahət mərkəzində yanğın olub
# 15 oktyabr 2021 00:11 (UTC +04:00)

Abşeron rayonunun Novxanı kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR