Qazaxda Kürdə batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB - VİDEO

Qazaxda Kürdə batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB  - VİDEO
# 11 iyul 2021 10:25 (UTC +04:00)

İyulunda 9-da Qazax rayonunda Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, meyiti tapılan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Onun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kürün rayonun ərazisindən tapılıb. Meyit ailəsinə təhvil verilib.

Qeyd edək ki hadisə iyulun 9 Kürün Qazax rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında batıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunmuşdu.

9 iyul Saat 03:55

Mətnə video əlavə olunub

***

Saat 22: 34

Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, meyti tapılan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğludur.

2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam edir.

Qeyd edək ki, həmin şəxslər Kürdə çimən zaman boğulublar.

***

Saat 20:40

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.

APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Əlavə məlumat veriləcək.

***

Saat 17:38

Qazaxda iki nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kürün rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri - 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında çimən zaman batıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR