Samuxda 53 yaşlı kişi bıçaqlanıb

Samuxda 53 yaşlı kişi bıçaqlanıb
# 11 iyul 2021 21:54 (UTC +04:00)

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Əhmədov Rövşən Qədir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə əkin sahəsində olub. 53 yaşlı kişini "Şöşü” adlı tanışı bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR