Yevlaxda yol qəzasında sərnişin yaralanıb

Yevlaxda yol qəzasında sərnişin yaralanıb
# 16 sentyabr 2021 08:12 (UTC +04:00)

Yevlax şəhərinin Heydər Əliyev prospektində yol qəzası baş verib.
APA_nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü rayon sakini olan sərnişin Əli Abdullayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR