Zəngilanda düşmənin atıb qaçdığı 60 minə yaxın güllə aşkar edilib - FOTO

Zəngilanda aşkarlanan silah-sursat

© APA | Zəngilanda aşkarlanan silah-sursat

# 20 oktyabr 2021 10:16 (UTC +04:00)

Zəngilan rayon Polis Şöbəsi tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə bu günə qədər Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan bildirilib.

Bundan başqa, keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR