BNA hava şəraitinin dəyişəcəyi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib

BNA hava şəraitinin dəyişəcəyi ilə bağlı  sərnişinlərə xəbərdarlıq edib
# 04 may 2021 16:31 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

BNA-dan APA-ya verilən məlumata görə, mayın 5-i müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarının diqqətli və ehtiyatlı olmaları məsləhət görülür:

"Sərnişinlərdən xahiş olunur ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR