Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı sağ qalıb

Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı sağ qalıb
# 06 iyul 2020 09:35 (UTC +04:00)

Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 07.00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. 

Həmin binada 5-ci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.

Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.  

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR