Gəncədə gənc oğlanı avtomobil vurub

Gəncədə gənc oğlanı avtomobil vurub
# 09 sentyabr 2020 22:27 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü İbrahimov Ramil Kəramət oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR