Tovuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Tovuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 10 aprel 2021 23:41 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı minik maşını toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Əhmədova Felya Mustafa qızı, 1993-cü il təvəllüdlü Əhmədov Arzuman Nəsib oğlu və 1992-ci il təvəllüdlü Novruzov Orxan Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR