Füzuli Beynəlxalq Hava Limanında DSX-nın sərhəd-nəzarəti bölməsi fəaliyyət göstərəcək

Rəşad Məşədiyev, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant

© APA | Rəşad Məşədiyev, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant

# 05 sentyabr 2021 12:16 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi də fəaliyyət göstərəcək”.

Bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib.

R. Məşədiyev deyib ki, hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan sərhəd-nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və peşəkar heyətlə komplektləşdirilməsi üzrə DSX tərəfindən zəruri işlər görülür: “Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR