“Nizami” kinoteatrı müvəqqəti olaraq fəaliyyətini dayandırır

“Nizami” kinoteatrı müvəqqəti olaraq fəaliyyətini dayandırır
# 13 aprel 2007 14:17 (UTC +04:00)
Kinoteatrın direktoru İlham Babayev APA-ya bildirib ki, əsaslı təmir-rekonstruksiya işlərini yerli mütəxəssislər reallaşdıracaq. Kinoteatrın təmiri Moskvada hazırlanan layihə əsasında aparılacaq. Kinoteatrda zalların sayı artırılaraq 5-ə çatdırılacaq, yay zalının üstü bağlanacaq, binanın xarici görünüşü müasirləşdiriləcək. Bina təmir olunmaqla yanaşı, müasir texniki avadanlıqlarla da təchiz ediləcək. İ.Babayevin sözlərinə görə, əsaslı təmirin 2008-ci ilin avqustunda başa çatdırması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR