Azərbaycanda kanalizasiya sisteminin istismar xərcləri ötən il 21% artıb

Azərbaycanda kanalizasiya sisteminin istismar xərcləri ötən il 21% artıb
# 30 aprel 2021 10:40 (UTC +04:00)

Ötən il Azərbaycanda tullantı sularının axıdılmasından əldə olunmuş gəlirlər 56 714,4 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sularının axıdılmasından əldə olunmuş gəlirlərin 18 783,9 min manatı (9,9% artım) əhalinin payına düşüb.

Məlumata görə, 2020-ci ildə ölkədə kanalizasiya sisteminin istismar xərcləri 79 218,6 min manat olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 21,1% çoxdur.

Qeyd edək ki, ötən ilin nəticələrinə görə sahə üzrə çalışan işçilərin sayı 2 784 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR