Azərbaycanda kompüterlərin 42%-i kibertəhdidlərlə üzləşə bilər

Azərbaycanda kompüterlərin 42%-i kibertəhdidlərlə üzləşə bilər
# 17 may 2021 12:13 (UTC +04:00)

Azərbaycanda mövcud kompüterlərin 42%-i baza dəstəyi 2020-ci ilin yanvarında başa çatan “Windows 7” əməliyyat sistemi ilə təchiz olunub.

APA-Economics” xəbər verir ki, bu barədə “Kaspersky” şirkətinin statistik göstəricisində bildirilir.

Qeyd olunur ki, sistem dəstəklənmədiyi təqdirdə mövcud boşluqlar kiberhücum üçün əlverişli şərait yaradır.

Hazırda ölkədə üzrə “Windows 7” istifadə edənlərin payı ev təsərrüfatları arasında 48%, kiçik və orta sahibkarlar arasında - 14%, mikrobiznesdə isə 30% təşkil edir.

Şirkətlər “Windows 7” üçün dəstəyi pullu əsaslarla yeniləyə bilərlər, lakin bu yalnız 2023-cü ilədək mümkün olacaq.

Baza dəstəyi 2014-cü ildə başa çatan “Windows – XP” əməliyyat sisteminin istifadəçi kütləsinə gəldikdə isə, ölkə üzrə onların payı 1%-dən azdır.

Azərbaycanda istifadəçilərin təqribən 48%-i “Windows 10”dan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR