Türkiyənin tikinti şirkətləri son 30 ildə türkdilli ölkələrdə 98 mlrd. dollarlıq layihələr icra edib

Türkiyənin tikinti şirkətləri son 30 ildə türkdilli ölkələrdə 98 mlrd. dollarlıq layihələr icra edib
# 11 noyabr 2021 13:17 (UTC +04:00)

1991-ci ildən bu yana Türkiyənin inşaat şirkətləri türkdilli dövlətlərdə 98,4 mlrd. ABŞ dolları dəyərində 2 344 layihə həyata keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş İstanbulda keçirilən Türkdilli ölkələrin iqtisadiyyat və ticarət konfransında çıxış edərkən bildirib.

Nazir deyib ki, bu şirkətlərin tikinti fəaliyyətləri davam etməkdədir.

M. Muş xarici əlaqələrin inkişafına əhəmiyyətli dəstək verən sahələrdən birinin də sərmayələr olduğunu qeyd edərək bildirib ki, Türkiyənin türk respublikalarına birbaşa sərmayə yatırımı 2000-ci ilədək 33 mlrd. dollar olduğu halda, 2020-ci ildə 13 dəfədən çox artaraq 450 mlrd. dollara çatıb: "Ölkəmizin türk respublikalarında ümumi bazar dəyəri 7 mlrd. dollara çatıb, türk respublikalarının Türkiyədəki sərmayə yatırımın dəyəri isə 8 mlrd. dollardır".

M. Muş türkdilli ölkələrin milli valyuta məsələsində daha cəsarətli davranması məsələsinə də toxunub: "Şirkətlərin əməkdaşlığını bir qədər də inkişaf etdirmək üçün ən etibarlı addımların atılmasına ehtiyac var. İqtisadiyyatlarımız üzərində xarici valyuta təzyiqlərini azaltmaq üçün ortaq gələcəyimizdə milli valyutanın payını artırmamız lazımdır".

Qeyd edək ki, Türkdilli ölkələrin iqtisadiyyat və ticarət konfransında Azərbaycanı ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR