ARDNF-nin investisiya portfelinin valyuta səbətinin strukturu açıqlanıb

ARDNF-nin investisiya portfelinin valyuta səbətinin strukturu açıqlanıb
# 21 oktyabr 2021 17:33 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2021-ci il tarixinə investisiya portfelinin 69,1%-ni ABŞ dolları təşkil edib ki, bu da 30 sentyabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.

"APA-Economics"in Neft Fondunun 2021-ci ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il 30 sentyabr tarixinə avro ARDNF-nin investisiya portfelinin 19,5%-ni, funt sterlinq – 4,9%-ni, Avstraliya dolları – 0,6%-ni, Türkiyə lirəsi – 0,6%-ni, Rusiya rublu – 0,7%-ni, Çin yuanı – 1,3%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 1,9%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 665,8 mln. dollarlıq hissəsini qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 44 226,06 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR