Latviya məhkəməsi Rusiyanın 9 televiziya kanalının yayımına qoyulan qadağanı qüvvədə saxlayıb

Latviya məhkəməsi Rusiyanın 9 televiziya kanalının yayımına qoyulan qadağanı qüvvədə saxlayıb
# 06 fevral 2020 08:22 (UTC +04:00)

İnzibati ərazi məhkəməsi Latviyanın Elektron KİV üzrə Milli Şurasının respublikada 9 Rusiya televiziya kanalının yayımının dayandırılmasını nəzərdə tutan qərarını qüvvədə saxlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə çərşənbə günü yerli LETA agentliyi Milli Şuraya istinadən məlumat yayıb.

“Mediadan həqiqətən kimin xeyir götürdüyünü ciddi şəkildə sınaqdan keçirdik. Məhkəmə qərarı düzgün etdiyimizi təsdiqlədi və yoxlamaların davam edəcəyini deyə bilərəm. Latviya informasiya məkanının qorunması bizim prioritet vəzifəmizdir”, deyə şura rəhbəri bildirib.

TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı beynəlxalq qurumlara çağırış edib. Zaxarovanın sözlərinə görə, Latviya hakimiyyət orqanlarının Rusiya media mənbələrinə qarşı etdiyi bu cür ayrı-seçkilik addımları ifadə azadlığını və məlumat əldə etmək bərabərliyi baxımından beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR