Avropa İnsan Hüquqları Məhkəməsi gürcü jurnalistin Saakaşvili hökumətinə qarşı iddiasını təmin edib

Avropa İnsan Hüquqları Məhkəməsi gürcü jurnalistin Saakaşvili hökumətinə qarşı iddiasını təmin edib
# 08 iyun 2007 09:46 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın “Meridiani 44” qəzetinin əməkdaşı Nana Qorelişvilinin Gürcüstan hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın məlumatına görə, iddianın təmin olunması barədə qərar bu il iyunun 5-də qəbul olunub. Qərarda Gürcüstan hökumətinin Avropa Konvensiyasının 10-cu (fikir azadlığı) maddəsini pozduğu göstərilib. Nəticədə Gürcüstan hökuməti jurnalistə 1500 avro məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib. Qeyd edək ki, Gürcüstanın yerli məhkəmələri ölkənin yüksək vəzifəli məmurları haqqında tənqidi yazılar yazan jurnalisti cərimələyib. Jurnalist isə bu məhkəmələrin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR