AŞPA Monitorinq Komitəsinin üzvləri Gürcüstandadır

AŞPA Monitorinq Komitəsinin üzvləri Gürcüstandadır
# 11 sentyabr 2007 13:29 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin üzvləri Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, nümayəndə heyətinin rəhbəri Matias Yorş ilk olaraq münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze ilə görüşüb. O, Gürcüstan ərazisindəki münaqişələrin həllində AŞ-nin rolunun artmasının vacibliyini vurğulayıb. Qonaqların prezident Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli və digər rəsmi şəxslər, eləcə də müxalifət və QHT təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub. Nümayəndə heyəti ilkin saxlanma yerləri və cəzaçəkmə müəssisələrinə baxış keçirəcək, Cənubi Osetiya və Abxaziya münaqişələri zonasında separatçı rejimlərin başçıları ilə görüşəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR