Gürcüstan prezidentinin Şida Kartli regionundakı sabiq səlahiyyətli nümayəndəsi həbs edilib

Gürcüstan prezidentinin Şida Kartli regionundakı sabiq səlahiyyətli nümayəndəsi həbs edilib
# 24 sentyabr 2007 08:06 (UTC +04:00)
Gürcüstan prezidentinin Şida Kartli regionundakı sabiq səlahiyyətli nümayəndəsi Mixail Kareli sentyabrın 23-də səhər ölkəni tərk etmək istəyərkən saxlanılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis şəhər Məhkəməsi onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. M. Kareli haqqında Cinayət Məcəlləsinin 317 və 318-ci (rüşvətxorluq) maddələri ilə cinayət işi qaldırılıb və o, Rustavidəki 6 saylı istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, M. Kareli sabiq müdafiə naziri, hazırda prezidentə qarşı müxalifətdə olan İrakli Okruaşviliyə yaxın şəxslərdən biri kimi tanınır. İ. Okruaşvili siyasi partiya yaradacağını bəyan etdikdən sonra M. Kareli bu partiyada təmsil olunacağını gizlətmirdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR