Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq

Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq
# 21 iyul 2021 16:04 (UTC +04:00)

Ermənistan ordusunun hərbçiləri Gürcüstanda NATO-nun iştirakı ilə iyulun 26-dan avqustun 6-dək keçiriləcək Agile Spirit 2021 (Çevik ruh) beynəlxalq hərbi təliminə qatılmayacaq.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

NATO-nun mətbuat xidmətinin yaydığı xəbərə görə, təlimdə Gürcüstan və ABŞ-dan başqa, NATO üzvü və tərəfdaşı olan 13 ölkədən, o cümlədən Türkiyə və Azərbaycandan hərbçilərinin iştirakının nəzərdə tutulduğunu açıqlayıb.

Bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri Gürcüstanda keçirilmiş NATO təlimində dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR