İrəvanda banka silahlı basqın olub

İrəvanda banka silahlı basqın olub
# 31 avqust 2021 12:53 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Yerevan Mall” Ticarət Mərkəzində yerləşən banklardan birinə silahlı basqın olub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları hadisə yerindədir.

Kriminal “shamshyan.com” saytının yaydığı xəbərə görə isə silahlı naməlum kişi banka daxil olaraq hədə-qorxu yolu ilə 100 milyon dram (200 min dollar) məbləğində pul əldə edib.

Silahlı şəxs ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutulub.

Hadisə yerinə Ermənistan Polisinin rəis müavini Aram Ovannisyan da gəlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR