Putinlə görüşdə Merkelin telefonuna zəng gəlib

Angela Merkel, Vladimir Putin

© APA | Angela Merkel, Vladimir Putin

# 20 avqust 2021 15:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Almaniya Kansleri Angela Merkelin mobil telefonuna zəng gəlib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Kremldə keçirilən görüşdə Almaniya Kansleri mobil telefonunu söndürməyi unudub.

Rusiya Prezidenti çıxış edən zaman A. Merkelin mobil telefonu zəng çalıb. İlk anlarda ətrafdakılar buna necə reaksiya verəcəklərini bilməyib. Almaniya kansleri telefonu cibindən çıxardaraq söndürüb.

V. Putin məsələyə diqqət yetirmədiyi görünüşünü yaradıb və nitqinə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR