Türkiyə Prezidenti: “Regionda əməkdaşlıq platforması ilə bağlı Azərbaycan və Rusiya prezidentləri ilə həmfikirik”

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 29 avqust 2021 15:51 (UTC +04:00)

“Azərbaycan Ermənistana hərtərəfli sülh müqaviləsi üçün müzakirələrə başlamağı təklif edib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti 10 noyabr 2020-ci il tarixli razılaşmaya sadiq qalındığı halda Cənubi Qafqazda inkişaf üçün yeni imkanlar yaranacağını vurğulayıb: “Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə çalışmağa hazırıq. 5-li, yaxud 6-lı platforma ilə bağlı təklifimiz də ortadadır. Bu platformada Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan nəzərdə tutulur. Hətta biz bu platformaya Gürcüstanı da daxil etməyi təklif etdik. Əgər əməkdaşlıq platforması bu şəkildə qəbul edilərsə, bölgə inkişaf edəcək. Çünki bölgədə dəmir yollarının, avtomobil yollarının inşa edilməsi lazımdır. Bu platforma olduğu halda bu yollar könülləri də bir-birinə bağlayacaq. Belə addımın atılması ilə bölgədəki problemləri də aşmış olacağımızı düşünürük. Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzdə bu məsələlərdə həmfikir olduq. Azərbaycan Prezidenti İlham Əliyevlə də həmfikirik. Bu arada İranda prezident dəyişdi, bu ölkənin yeni prezidenti İbrahim Rəisi ilə də bu məsələ ilə bağlı danışa bilərik. Sonra yenidən bu əməkdaşlıq platformasının yaradılması üçün addımlarımızı atarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR