Azərbaycanda milli innovasiya strategiyasına dair ilkin sənəd hazırlanıb

#
# 13:22
30 aprel 2021

Azərbaycanda milli innovasiya strategiyasına dair sənədin ilkin forması hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu "Təhsildə innovasiyalar və iqtisadiyyat" mövzusunda təşkil olunan dəyirmi masada çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, sənədin müəyyən mərhələdə sahə iştirakçıları arasında və elm camiyəsində müzakirəyə çıxarılacaq ki, onlardan da alınan töhfələr əsasında yol xəritəsi yaransın və bu yol xəritəsi strategiyaya uyğun sinxronlaşdırılsın.

Qeyd edək ki, bu gün təşkil olunan dəyirmi masada üç nazirliyin (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Təhsil nazirlikləri) rəhbərləri təmsil olunur.

"Bu gün burada üç nazirliyin təmsil olunması hökumətin sinxron şəkildə fəaliyyət göstərilməsindən xəbər verir və bu da sahə iştirakçılarının bu günədək rastlaşdıqları bürokratik əngəllərin və digər problemlərin kifayət qədər yeni bir formatda, yeni müstəvidə həll olunacağına, universitetlərin bu prosesə cəlb olunacağından xəbər verir", - deyə R. Nəbiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR