Sahibkardan Orduya növbəti dəstək

Sahibkardan Orduya növbəti dəstək
# 08 oktyabr 2020 10:33 (UTC +04:00)

"Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirov Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Böyük qələbə anını yaxınlaşdırmaq üçün arxa cəbhədən Şanlı ordumuza dəstək göstərmək hər bir sahibkarın borcudur. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün apardığı uğurlu əks-hücum əməliyyatı hər birimizə sevinc və qürur hissi yaşadır. 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır.

Ermənipərəst ideoloqlar, erməni lobbisi və diasporu tarixi təhrif edərək öz ölkəsinin gənclərinə Qarabağı Ermənistanın torpağı kimi tanıtmağa çalışıblar, hətta tarix dərsliklərində də Qarabağ Ermənistanın torpağı kimi uşaqların şüurlarına yeridilir. Bütün Dünya Azərbaycanlılarından xahiş edirik ki, sosial şəbəkələrdə aktiv olaraq, erməni gənclərinə Qarabağın əzəli Azərbaycan torpağı olmağı ilə bağlı həqiqətləri çatdırsınlar. Onlara bildirmək lazımdır ki, yalnız öz ideoloqlarının, siyasətçilərinin saxta fikirləri və təhrif olunmuş dərsliklərlə kifayətlənməyib dünya tarixinə də nəzər salsınlar və bu zaman onlar Qarabağ torpağının əzəli Azərbaycan torpağı olmasının şahidi olacaqlar. Bunun nəticəsində erməni gənclərində onların saxtakar ideoloqlarına və siyasətçilərinə nifrət hissi oyanacaqdır və bu da Ermənistanın məkrli siyasətini həyata keçirməsinin və bəzi ölkələrin bu münaqişədən öz maraqları üçün istifadə etməsinin qarşısını alacaq.

Qarabağ Azərbaycandır!

"Mətanət A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR