ATİB-in ümumi yığıncağının növbəti iclası keçirilib

ATİB-in ümumi yığıncağının növbəti iclası keçirilib
# 07 aprel 2009 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ümumi yığıncağının növbəti iclası keçirilib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, prosedura uyğun olaraq, yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçilib, həmçinin iclasın gündəliyi təsdiq edilib.
Gündəliyə uyğun olaraq, ATİB İdarə Heyətinin sədr müavini Cemal Yangın İdarə Heyətinin 2008-ci il üzrə hesabatını iclas iştirakçılarına təqdim edib və hesabat yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.
Bundan başqa, iclasda ATİB-in Təftiş Komissiyasının sədri Xəyal Məmmədxanlı 2008-ci il üçün maliyyə hesabatını təqdim edib və hesabat iclas iştirakçıları tərəfindən təsdiqlənib.
Daha sonra ATİB-in baş katibi Rəşad Rəsullu Təşkilatın 2009-2013-cü illər üçün strategiyası sənədini təqdim edib: «Əsas hədəflərimizdən biri Azərbaycanın qeyri-neft sektoruna investisiya yönəldilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdir».
İclasda həmçinin ATİB üzvləri üçün hazırlanmış «Etik Kodeks» və ATİB üzvləri ilə Birlik arasında «Üzvlük haqqında müqavilə» təsdiq olunub.
Toplantıda Təftiş Komissiyasına yeni üzvlər də seçilib. Belə ki, Kenan Köse («AKAT İnşaat» MMC) Təftiş Komissiyasının sədri, Kamran Mehdizadə («Mixaylo» KM) və Pərviz Məmmədov («CLC» MMC) Təftiş Komissiyasının üzvləri seçiliblər.
Qeyd edək ki, iclas iştirakçıları həmçinin nizamnaməyə əlavə və dəyişikliklər, ATİB-in 2009-cu il üçün ştat cədvəli və büdcəsini təsdiq ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR