Azərbaycan Perm diyarının əsas idxalçıları sırasında yer alıb

Azərbaycan Perm diyarının əsas idxalçıları sırasında yer alıb
# 12 iyul 2021 17:50 (UTC +04:00)

Azərbaycan Rusiyanın Perm diyarında fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların əsas idxalçılarının ilk beşliyində yer alıb.

"APA-Economics"in Rusiya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, Perm diyarından məhsulların çoxu Qazaxıstan, Azərbaycan, Özbəkistan, Almaniya və Böyük Britaniyaya tədarük olunur. Permdən Azərbaycana əsasən qənnadı məmulatlar və araq ixrac edilir.

2020-ci ilin sonunda bölgədən ümumilikdə 22,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da planlaşdırılan göstəricidən 25% çoxdur. 2024-cü ilədək Perm diyarından kənd təsərrüfatı məhsullarının ixrac həcminin 23,8 mln. dollara çatdırılması planlaşdırılır.

Bu il müəssisələr 19,2 mln. dollar dəyərində məhsul ixrac etmək niyyətindədir ki, bu plan 44% yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR