«Salyan Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 37% azaldıb

«Salyan Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 37% azaldıb
# 27 avqust 2008 12:57 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Kürsəngi-Qarabağlı» yataqlarının işlənməsi ilə məşğul olan «Salyan Oil» neft şirkəti 2008-ci ilin yanvar-iyul ayları ərzində 17,2 mln. kubmetr həcmində qaz hasil edib. Bu isə 2007-ci ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə 37% azdır. Təkcə iyul ayında qaz hasilatının həcmi 2,7 mln. kubmetr təşkil edib. Bu barədə «APA-Economics»ə «Salyan Oil» şirkətinin baş ofisindən məlumat verilib.
Xatırladaq ki, «Kürsəngi-Qarabağlı» yataqlarının işlənməsinə dair kontrakt 1998-ci ildə ARDNŞ-la ABŞ-ın «Frontera» şirkəti və «Delta Hess» alyansı arasında imzalanıb. Sonradan ABŞ şirkəti öz iştirak payını Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) satıb. Lakin 2002-ci ilin əvvəlində AYİB-in 30%-lik iştirak payını 78 mln. dollara CNPC Çinin Milli Neft Şirkəti alıb. Sonradan CNPC şirkəti «Delta Hess»in payını da alaraq layihədəki iştirak payını 50%-dək artırıb. Hazırda ARDNŞ-in layihədə iştirak payı 50% təşkil edir.
Qeyd edək ki, 1960-cı illərdə aşkarlanan bu yataqların qalıq neft ehtiyatları 100-150 mln. tona bərabərdir. ARDNŞ 1997-ci ildə burada gündəlik neft hasilatının 370 tona çatdırılmasına nail olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR