Azərbaycan ötən il neft hasilatını azaldıb

#
# 14:00
9 yanvar 2020

"Ötən il Azərbaycanın quru və dəniz yataqlarından təxminən 37,5 mln. ton neft hasil edilib".

Bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva bildirib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 38,8 mln. tona yaxın neft hasil edilib.

Əvvəlki ilin göstəricisi ilə müqayisədə 2019-cu ildə ölkədə neft hasilatı 1,3 mln. tona yaxın və ya 3,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR