Azərbaycandakı istilik elektrik stansiyaları enerji istehsalını artırıb

Azərbaycandakı istilik elektrik stansiyaları enerji istehsalını artırıb
# 17 aprel 2020 16:53 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 672,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 5,2% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, I rübdə istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi 6 470,3 mln. kVt-saat təşkil edib (2019-ci ilin yanvar-mart ayı ilə müqayisədə 5,6% artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 6 221,4 mln. kVt-saat istilik (7,4%-lik artım), 216 mln. kVt-saat su elektrik (26,8% azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəşlə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR