Səngəçal terminalından ötən il 263 mln. barel neft ixrac edilib

Səngəçal terminalından ötən il 263 mln. barel neft ixrac edilib
# 06 fevral 2020 16:58 (UTC +04:00)

Ötən il Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 263 mln. barel neft və kondensat ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 7,4% azdır.

APA-Economics”in BP-in (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, o cümlədən ötən dövr terminal 235 mln. barelə yaxın (7,8% azalma) BTC və təqribən 28 mln. barel (ötən ilin göstəricisinə demək olar ki bərabərdir) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və Şahdəniz qazı üçün təqribən 80 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

2019-cu il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 45 mln. kubmetrdən çox (ötən ilin göstəricisi ilə müqayisədə 58,5% artım) Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR