Azərbaycan növbəti onilliklərdə neft hasilatını sabit saxlayacaq

Azərbaycan növbəti onilliklərdə neft hasilatını sabit saxlayacaq
# 03 noyabr 2021 17:22 (UTC +04:00)

Neftin bir barelinin qiymətinin 60-70 ABŞ dolları civarında olması Azərbaycan və dünya iqtisadiyyatı üçün məqbul sayıla bilər.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Bloomberg"ə açıqlamasında deyib.

"Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs – red.) hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək", - nazir qeyd edib.

Qeyd edək ki, "Brent" markalı etalon neftinin bir bareli hazırda 83 dollar ətrafında ticarət olunur.

P. Şahbazov onu da bildirib ki, keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü ən böyük neft istehsalçısı olan Azərbaycanın gündəlik hasilatı 10 il əvvəlki təxminən 1 mln. bareldən bu il 700 min barelə qədər azalıb. Ölkə Xəzər regionunda yeni neft layihələrinin işə düşdükcə, növbəti onilliklərdə hasilatı sabit saxlamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR