Azərbaycanın metallurgiya sənayesində istehsal 2,4% artıb - CƏDVƏL

Azərbaycanın metallurgiya sənayesində istehsal 2,4% artıb - CƏDVƏL
# 15 iyun 2021 14:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-may aylarında 337,6 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metallurgiya sənayesi məhsullarının istehsalında 2,4% artım, hazır metal məmulatlarının istehsalında isə 4,7% azalma müşahidə olunub.

Yanvar-may aylarında sahə üzrə 10 204,6 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi vә hazır metal məmulatlarının istehsalı sahәlәrindә əsas məhsul növlərinin buraxılışı:

Məhsul növlәri

2021-ci ilin yanvar-may ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

111,9

112,1

Armatur, min ton

107,5

110,0

Polad borular, min ton

14,7

125,6

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

10,1

69,7

Alüminium çubuqlar, millәr vә profillәr, ton

927,8

77,5

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

8 948,3

95,4

Qara metallardan sair konstruksiyalar, ton

10 204,6

74,9

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

1 606,0

61,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR