"Lukoil" Azərbaycanda alternativ enerji sahəsində layihələrə maraq göstərir

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 14 oktyabr 2021 14:04 (UTC +04:00)

Azərbaycan və Rusiyanın "Lukoil" şirkəti alternativ enerji sahəsindəki layihələri müzakirə edirlər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə deyib.

""Lukoil" uzunmüddətli tərəfdaşımızdır, yaxından işləyirik. "Şahdəniz" bizim ilk layihəmiz deyil. "Lukoil" bu gün yalnız neft-qaz yataqlarına deyil, alternativ enerjiyə də maraq göstərir. Biz məsləhətləşirik, işləyirik", - P. Şahbəzov qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda "Lukoil" Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını 10%-ən 25,5%-dək artıracağı barəsində elan edib. Şirkət "Petronas" şirkətindən "Şahdəniz"də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə məlumat verib. Sövdələşmə (2,25 mlrd. dollarlıq) bir sıra şərtlərin (o cümlədən SOCAR-la razılaşdırma) yerinə yetirilməsindən sonra bitəcək.

Bundan əlavə, sentyabrın axırında BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və "Lukoil" – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR