SOCAR Türkiyənin qaz satışı bazarında payını artırmaq niyyətindədir

SOCAR Türkiyənin qaz satışı bazarında payını artırmaq niyyətindədir
# 30 noyabr 2021 13:46 (UTC +04:00)

Gələcək perspektivdə "SOCAR Türkiyə" (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) qaz satışı bazarında payını artırmağı planlaşdırır.

"APA-Economics" in məlumatına görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, bu il Türkiyənin qaz istehlakı üzrə göstəricisi 52 mlrd. kubmetr təşkil edir və bunun da 4,5 mlrd. kubmetri "SOCAR Türkiyə"nin payına düşür.

"Biz Türkiyənin qaz biznesində öz mövqeyimizi yaratmışıq və onu böyütmək istəyirik", - Z. Qəhrəmanov qeyd edib.

Bununla yanaşı, şirkət gələcəkdə Türkiyənin neft-kimya bazarında da mövqelərini böyütmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR