AHK Azərbaycan şirkətlərini Münhendə keçiriləcək idman məhsulları sərgisinə dəvət edib

#
# 12:15
9 yanvar 2020

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) idman sənayesinin ən böyük ticarət sərgisi olan “ISPO Munich”ə iştirak etmək üçün yerli şirkətləri dəstəkləməyə hazırdır.

“AHK Azərbaycan”dan “APA-Economics”ə verilən məlumata görə, 26-29 yanvar tarixlərində keçiriləcək sərgidə 2 800 iştirakçı “Messe München” sərgi meydançalarında “Snowsports”, “Outdoor”, “Health & Fitness”, “Urban” və “Teamsports” kimi seqmentlərdən olan ən yeni idman məhsullarını təqdim edəcəklər.

Sərgidə iştirak etmək niyyətində olan şirkətlərin müraciətləri Palata tərəfindən qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR