Qərbin İrana xidmət edən siyasəti və Azərbaycan - TƏHLİL

Qərbin İrana xidmət edən siyasəti və Azərbaycan - <font color=red>TƏHLİL </font>
# 18 iyun 2012 13:43 (UTC +04:00)
Ənənəvi “Avroviziya” Mahnı Müsabiqəsinin bu il Azərbaycanın paytaxtı Bakıda keçirilməsi bir sıra diqqətçəkən məqamlarla xarakterizə olundu.

Gənc Azərbaycan Respublikası özünün müasir Avropaya təqdimatına ciddi ehtiyac duyur. Azərbaycan cəmiyyətinin Avropaya təqdimatı uzunmüddətli və bəlkə də daimi bir proses olmalıdır. Mənşə etibarilə müsəlman olan xalqımız davranış sistemi və düşüncə tərzinə görə çoxdan avropalaşıb. Avropanın ortasında yaşayan müsəlman xalqları da daxil olmaqla azərbaycanlılar ən çox avropalaşmış müsəlmanlardır.

Avropada Azərbaycan kimi cəmiyyətlərə qarşı vaxtaşırı suallar, şübhələr meydana çıxmalıdır. Bu obyektivizm olmasa da, əbədiyaşar Avropa subyektivizmidir. Ona görə də təqdimat prosesi hər dövrün tələblərinə uyğun formada təkrar olunmalıdır. Həm müsəlman mənşəyi, həm avropalı düşüncə tərzi, davranış ilə fəxr edən azərbaycanlılar özünü Avropa mentalitetinin tərkib hissəsi hesab etdiyi üçün bu həqiqəti dərk edib və buna riayət etməkdədir. Azərbaycanda və Avropanın ayrı-ayrı dövlətlərində reallaşdırılan layihələrin məqsədi də budur.

Azərbaycan iqtisadiyyatı ilə mədəniyyəti Avropa məkanında çox uğurlu inteqrasiya və ya simbioz variantı ortaya qoyub. Hazırda Mərkəzi Avropa regionunda Azərbaycanın investisiyası ilə mədəniyyəti eyni vaxtda birgə fəaliyyətdədir. Bunu son illərin çox uğurlu tapıntısı hesab etmək olar.

“Avroviziya” Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi niyyəti də Azərbaycan cəmiyyətini Avropaya yaxınlaşdırmaq məqsədi daşıyır. Sirr deyil ki, Azərbaycan “Avroviziya” Mahnı Müsabiqəsində birinciliyi qazanmaq üçün ciddi səy göstərib. Qısa müddət ərzində “Avroviziya” Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati işlər görüldü. Bu mahnı müsabiqəsindən sonra birmənalı şəkildə demək olar ki, avropalı iştirakçılar gözləmədikləri mənzərə ilə rastlaşıblar. Əvvəlki yarışmalarda olan problemlər Azərbaycanda nəinki müşahidə olunmayıb, əksinə hamıya yüksək dərəcədə ehtiram nümayiş olunub.

Bu boyda hazırlığın böyük narahatlığı da meydana çıxdı. Qərb mətbuatı və beynəlxalq hüquq müdafiə təşkilatları gözlənilmədən Azərbaycanın üzərinə hücuma keçdilər. Sanki Avropadan gəlmiş nümayəndə heyətinin komfort şəraitinə cüzi də olsa, qısqanclıq nümayiş etdirirdilər. Lakin az sonra məsələnin kökünün daha dərində olduğu məlum oldu. Bəlli oldu bu komfortla, siyasətlə və ya sağlam geosiyasətlə bağlı məsələ deyil. Adı çəkilən təşkilatların M. Qəzzafinin ölümündən qorxduqları üzə çıxdı. M. Qəzzafi bu təşkilatların birbaşa və ya dolayısı yolla maliyyələşməsində iştirak edirmiş. Bu fikri təsadüfən işlətmədik. Çünki Bakıda Avroviziya Mahnı Müsabiqəsinin keçirilməsinə qarşı çıxış edən Qərb mətbuatı və beynəlxalq insan hüquqları müdafiə təşkilatları bundan az öncə Bəhreyndə keçirilən “Formula 1” yarışmasına qarşı kəskin mövqedə dayanmışdılar. Sən demə, dünyanın bir nömrəli problemi Bəhreyndəki “Formula 1” yarışması və Azərbaycandakı “Avroviziya” Mahnı Müsabiqəsi imiş. Sanki bu iki tədbir olmasaymış Avropada maliyyə böhranı, avrozonanın dağılması, hətta təbii fəlakətlər də olmayacaqmış. Amma Bəhreyndə “Formula 1”-i və Azərbaycanda “Avroviziya” Mahnı Müsabiqəsini arzulamayan bir tərəf var: bu hər iki dövlətin qonşusu olan İran İslam Respublikasıdır. Avropalılar İrandan gələn sifarişi canla-başla yerinə yetirdilər. İranın Bəhreynə və Azərbaycan Respublikasına qarşı apardığı mübarizədə Qərbin nəinki mətbuatı və beynəlxalq hüquq müdafiə təşkilatları, hətta parlamentarilər də iştirak etdi. Sanki Avroparlamentin binasının tavanının təmir olunmasına Bəhreyndəki “Formula-1” və Azərbaycandakı “Avroviziya” Mahnı Müsabiqəsi maneçilik edirmiş.
Təqdim etdiyimiz cədvəllər hər şeyi aydın göstərir:

Qərb mətbuatında Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində (+/- 1 ay ) Azərbaycan barəsində yayılmış xəbərlər və onların yönümü

A- Avroviziya deməkdir

17 aprel-17 may 2012

17-25 May 2012

25 may-10 iyun

Cəmi Nəticə

Azb-an haq-da

Xəbərin yönümü

Cəmi Nəticə

Azb-an haq-da

Xəbərin yönümü

Cəmi Nəticə

Azb-an haq-da

Xəbərin yönümü

BBC

79

4

2 neqativ-A, 1 neyt A, 1 SSRİ

80

13

4 neqativ, 9 neyt-A haq

95

10

5 neyt A, 1 A terror, 1 Gurc kilsə, 3 DQ

Reuters

56

9+

müxtəlif siyasi, qaz, iqtisadi

75

10

hamısı neyt siyasi, iqtisadi

107

11+

2 DQ, 1 Klinton, digər neytral siyasi

Telegraph

6

6

müxtəlif siyasi, iqtisadi, xarici

29

2

1 müsb təbliğat, 1 neq A

26

5

3 neqativ A haq, 2 neyt A haq

CNN

5

5

müxt idman, siyasi, iqtisadi

28

2

1 neyt A, qalanları idman

23

3

1 neq A, qalanları neyt idman, xarici

Spiegel

0

0

 

6

6

1 neyt A, 2 İran, 1 qaz, 2 digər

3

3

2 neq A, 1 neq qey-prd, 1 tarix

Deutsche Welle

9

2

1 neyt, 1 neq A, qalanları İran

37

7

1 neq iqt tənqid, 4 neyt A, 2 İran

49

3

1 neq Klinton, 1 İran, qalan neytral



Qərb mətbuatında “Formula-1” yarışması ərəfəsində (+/- 1 ay ) Bəhreyn barəsində yayılmış xəbərlər və onların yönümü

 

15 mart-15 aprel

15-22 Aprel 2012

22 aprel -22 may

22 may-10 iyun-2012

 

Cəmi Nəticə

Bəh-n haq-da

Xəbərin yönümü

Cəmi Nəticə

Bəh-n haq-da

Xəbərin yönümü

Cəmi Nəticə

Bəh-n haq-da

Xəbərin yönümü

Cəmi Nəticə

Bəh-n haq-da

Xəbərin yönümü

BBC

6

4

neqativ

6

6

4 neq, 2 neytral/iqt

109

7

4 neq, 1 İran, 1 ABŞ-silah satışı, 1 q/siyasi

92

3

3 neq, qalanları idman, xarici

Reuters

42

10

neqativ +2 iqtidar

13

5

4 neq, 1 neytal

268

11

6 neq, 2 İran, 1 ABŞ, 1 Livan, 1 q/siyasi

149

7

5 neq (+1 İran), 2 iqtidar

Telegraph

18

9

5neq+ 4neytral/iqtidar

8

5

3 neq, 2 neytral

134

8

3 neq 2 neytral, 2 q/siyasi, 1 ABŞ

287

0

müxtəlif xəbərlərin məzmunu

CNN

11

7

6 neq-1 neytral

4

4

4 neqativ

67

5

1 ABŞ, 2 q/siyasi, 1 iqtidar, 1 neqativ

148

3

2 neqativ, 1 neytral

Spiegel

6

6

1 neqativ, 1 positiv, 2 xarici, 2 q/siyasi

5

5

3 neqativ, 2 1/siyasi

17

5

2 iqtidar, 1 q/siyasi, 1 xarici

7

7

1 neqativ, 6 q/siyasi

Deutsche Welle

1

1

neqativ

1

1

neqativ

5

5

2 almanca, 1 ABŞ, 2 neqativ

5

5

2 neq, 2 idman, 1 almanca



Ərəb müsəlman dövlətlərindən Avropaya təkcə hicablılar gəlmirmiş. Əslində, avropalıların hicablıların gəlməsinə razılıq verməsi müsəlman dünyasından gələn maliyyəni ört-basdır etmək üçün imiş. İndi ərəb dünyasında Avropanın özünün də iştirakı ilə başlanmış xaotik proseslər Avropaya gələn maliyyə yardımını dayandırmışdır. Özünü köməksiz hesab edən avroparlamentarilər, aparıcı mətbu orqanları və beynəlxalq hüquq müdafiə təşkilatları dünənədək İrana qarşı “terroristləri maliyyələşdirmək” ittihamını unudaraq birdən-birə İrana maliyyə mənbəyi kimi baxmağa başladılar. İran ABŞ-ın Hərbi Dəniz Donanmasının 6-cı ordusunun Bəhreyndə yerləşdiyi üçün bu dövləti məhv etmək istəyir. Avropalılar İranın əlində alətə çevrildi. İran Azərbaycan Respublikasını avrointeqrasiya kursu götürdüyünə gözə məhv etmək istəyir. Avropalılar burada da İranın qulluğunda dayandılar. İran həm Bəhreyni, həm də Azərbaycanı özünün tarixi torpağı hesab edir. Maraqlıdır ki, həm Bəhreyndə, həm də Azərbaycan Respublikasında həyat səviyyəsi İran İslam Respublikasından qat-qat üstündür.

Azərbaycan rəsmiləri Qərb mətbuatının, beynəlxalq hüquq müdafiə təşkilatlarının və avroparlamentarilərin indiki halda səhv yolda olduğunu görür və bunu təmkinli şəkildə, mətbuat və birbaşa görüşlər vasitəsilə onların diqqətinə çatdırırdı. Prezident Administrasiyasının təkcə İctimai Siyasi Məsələlər şöbəsi deyil, digər şöbələr də bu prosesin içində idilər. Prezident Administrasiyası şöbə müdirlərinin fikirlərinin qulaqardına vurulması istər-istəməz Prezident Administrasiyasını fikri çatdırmaq üçün yeni formullar və ya piar aksiyalar axtarmağa vadar etdi. Ən nəhayət, Əli Həsənovun eyni tədbirdə həm İranın, həm də Avropanın ünvanına kəskin münasibət bildirməyə məcbur oldu. Başqa sözlə, o dövrdə bu addım alternativsiz idi. Avropa ictimai-siyasi mühitinin aparıcı hissəsi İranın əlində alət olub Azərbaycan dövlətçiliyinin əleyhinə mübarizə aparırdı. Azərbaycandan başqa münasibət gözləmək mümkün deyildi.
İranın puluna aldanmış avropalılar bu gün Azərbaycanla münasibəti bəd zolağa salmaq istəyirlər. Dayanmaq vaxtıdır. Əgər Qərb mətbuatı, analitik mərkəzləri, hüquq müdafiə təşkilatları və avroparlamentarilər üçün yeni-yeni layihələr reallaşdırmaq lazımdırsa, Azərbaycan Respublikası bunun üçün ən yaxşı məkandır. Azərbaycanın imicinin möhkəmləndirilməsi istiqamətində atılan bütün addımlara zəruri ehtiyacımız var. Azərbaycanda insan hüquqlarının pozulmasının bir səbəbi də ölkəmizdəki müəyyən qrup adamların Qərbdəki müəyyən təşkilatlara əsassız arxalanmalarıdır. Azərbaycan cəmiyyətində ciddi rezonansa nail ola bilmədiyi halda bu adamlar Azərbaycan hökuməti üçün kənarda düşmən yaratmağa çalışırlar. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda baş verənlərə münasibəti sağlam olsaydı, insan hüquqlarının pozulması ilə bağlı Azərbaycandan onlara edilən müraciətlərin sayı xeyli azalardı. Eks-prezidentlərin statusu haqqında qanunun qəbulu buna bariz misaldır. Bu mövzu ilə əlaqədar heç bir xarici dövlət və ya təşkilat Azərbaycan rəhbərliyinə müraciət və ya təzyiq etmədi. Sonda çox əla qanun qəbul edildi.

Qərb strukturları ilə Azərbaycan Respublikasının görməli işləri hədsiz çoxdur. Qərb müsəlman dünyasını necə görmək istəməsi mesajının mühüm bir hissəsini Azərbaycan vasitəsilə verə bilər. Layihə Qərb strukturlarından, maliyyə isə Azərbaycan tərəfindən olmaqla Yaxın Şərqdə gedən proseslərə müəyyən istiqamət vermək olar.

Cənubi Qafqazı islam və xristian sivilizasiyalarının qovşağına çevirmək olar. Gürcüstana xristian dünyasının, Azərbaycana isə İslam dünyasının davamı kimi yanaşmaqla xeyli işlər reallaşdırmaq mümkündür. Avropanın Cənubi Qafqaza baxışı çox təhlükəlidir: avropalılar Ermənistan və Gürcüstanı bir cinahda, Azərbaycanı isə fərqli cinahda görürlər. Bu gələcək qarşıdurmanın əsasıdır. Bu qarşıdurmada Qərbin mövqeyinin məğlub olacağı şəksizdir. Lakin islam və xristian sivilizasiyalarının qovşağına nail olmaqla barış üçün uzunmüddətli və nümunəvi əsas yaratmaq olar. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistan da bu layihəyə qoşula bilər. Belə tipli layihələrin reallaşması üçün Azərbaycan cəmiyyəti heç vaxt heç bir resursunu əsirgəməyəcək.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR