Azərbaycan Prezidenti İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev yaşayış minimumu haqqında qanunu imzalayıb
# 31 dekabr 2020 13:04 (UTC +04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

APA bildirir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR