ABŞ səfirliyi Bakıda ağacəkmə aksiyası keçirib - FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi ağacəkmə aksiyası keçirib

© APA | ABŞ-ın Azərbaycandakı səfirliyi ağacəkmə aksiyası keçirib

# 26 noyabr 2021 12:04 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi Diplomatik Xidmətin Xarici İşçilərinin Təqdir Edilməsi Günü çərçivəsində azərbaycanlı işçilərin (335 nəfər) şərəfinə ağacəkmə aksiyası keçirib.

APA-nın xəbərinə görə, ağacəkmə aksiyasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, səfirliyin yerli və xarici əməkdaşları, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev iştirak edib.

Səfir bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində olan ABŞ səfirlikləri yerli heyəti dəyərləndirir: "Bu il biz Bakıdakı səfirliyimizin uğurlu fəaliyyəti üçün töhfə verən və mühüm işlər görən azərbaycanlı həmkarlarımıza öz minnətdarlığımızı ifadə etmək üçün zaman ayırmışıq.
Bu il səfirliyin amerikalı heyəti hər yerli işçimizin şərəfinə bir ədəd olmaqla ümumilikdə 335 ağacın əkilməsi üçün ianə edib. Bu ağaclar şəhəri gözəlləşdirəcək, bizim iqlim və ətraf mühiti qorumaq məqsədimizi inkişaf etdirəcək", - deyə səfir bildirib.

Səfir Litzenberqer zeytun ağacları əkdiklərini deyib: "Bu ağacların əkilməsi bizim məqsədimizə uyğundur. Zeytun ağacları bu region üçün doğmadır və əsrlər boyu yaşayırlar. Eşitmişəm ki, bu ərazilərdə yaşı min illər olan zeytun ağacları var, bu inanılmazdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR