AMEA-nın yeni Nizamnaməsinin detalları açıqlanıb

İsa Həbibbəyli

© APA | İsa Həbibbəyli

# 27 may 2021 13:44 (UTC +04:00)

"Akademiyanın yeni Nizamnaməsini müstəqillik dövrünün prinsiplərinə uyğunlaşan nizamnamə adlandırmaq olar".

APA-nın məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin Ümumi yığıncağında akademiyanın vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, ötən il nizamnaməyə edilən dəyişikliklər akademiyanın həyatında yeni proses idi: "Yeni dəyişikliklər akademiyadakı struktur islahatlarının daha da dərinləşməsi deməkdir. Ötən dövr ərzində akademiyada akademik katiblik ləğv olunub. Hazırda vitse-prezidentlər bu səlahiyyətləri yerinə yetirir. Nizamnaməyə yeni bəndin daxil olmasını təklif edirik. Bölmələrə rəhbərlik edən vitse-prezidentlər həmin bölmə üzrə müəyyən strateji inkişaf istiqamətlərini təmin etməlidir. Burada təşkilatı məsələlər də öz əksini tapıb".

İ.Həbibbəyli vitse-prezident vəzifələrində dəyişikliklərlə bağlı təklifləri də səsləndirib: “İctimai elmlər bölməsi ötən il texniki yanlışlığa görə ləğv olunmuşdu, bu yanlışlığı aradan götürürük. Yeni Nizamnaməyə görə, aparat rəhbəri akademiyanın Rəyasət Heyətinin tərkibi, idarə, şöbə, sektor və digər hüquqların təşkil, fəaliyyətinə nəzarət edir və bu qurumların fəaliyyətini akademiyanın prezidenti ilə əlaqələndirir".

Vitse-prezident qeyd edib ki, yeni nizamnaməyə əsasən, təklif edilir ki, regional mərkəzlərin rəhbərləri bundan sonra baş direktor adlandırılsın və icraçı direktorlar da təyin olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR