Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 11 iyul 2021 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR