Azərbaycanda koronavirusa qarşı vaksinin 3-cü dozasının hansı hallarda vurulacağı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı vaksinin 3-cü dozasının hansı hallarda vurulacağı açıqlanıb
# 14 iyul 2021 10:04 (UTC +04:00)

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hansı hallarda peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına (buster doza) ehtiyacı yarandığını açıqlayıb.

APA-nın xəbərinə görə, məlumata əsasən, buster doza qüvvətləndirici doza deməkdir: “2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR