Azərbaycanda son sutkada 1896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

koronavirus statistikası, 17 oktyabr

© APA | koronavirus statistikası, 17 oktyabr

# 17 oktyabr 2021 17:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1896 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 502 207 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib, aktiv xəstə sayı 17 039 nəfərdir.
Ölkədə son sutka ərzində 11 261, hazırkı dövrədək isə 5 025 402 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR