Azərbaycanda Türkiyənin dəstəyi ilə təsis ediləcək yeni peşə təhsili müəssisələri üçün yataqxanalar tikiləcək

Azərbaycanda Türkiyənin dəstəyi ilə təsis ediləcək yeni peşə təhsili müəssisələri üçün yataqxanalar tikiləcək
# 26 may 2021 18:39 (UTC +04:00)

Azərbaycanda Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə təsis ediləcək 2 yeni peşə təhsili müəssisəsinin hər biri üçün 100 tələbə tutumu olan qız və oğlan yataqxanası inşa ediləcək, tələbata uyğun olaraq yataqxananın tutumunu tədricən artırılacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsində Azərbaycanın öhdəlikləri sırasında əksini tapıb.

Sənədə əsasən, Azərbaycanın digər öhdəlikləri sırasına Türkiyədən Azərbaycana ezam olunacaq rəhbər işçi və müəllimlər üçün hər bir peşə təhsili müəssisəsinin ərazisi daxilində ən azı 10 mənzil inşa etmək, Türkiyədən Azərbaycana göndəriləcək hər növ tədris materiallarını gömrük rüsumundan azad etmək daxildir.

Eyni zamanda Azərbaycanın öhdəlikləri sırasında Türkiyə tərəfindən Azərbaycandakı peşə təhsili müəssisələrinə təyin edilən rəhbər işçiləri və müəllimləri Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınmasından azad etmək, həmçinin bu şəxslərin və onların himayəsində olan ailə üzvlərinin (arvad (ər), 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladların və himayəsində olan valideynlər) ödənişsiz şəkildə ölkə ərazisində yaşama icazələrini əldə etmələrini təmin etmək də var.

Türkiyənin öhdəlikləri sırasına isə peşə təhsili müəssisələri ( Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi) kimi istifadə edilmək üzrə müəyyən edilən binalarda Azərbaycan tərəfi ilə razılaşdırılaraq müəyyən edilən 5 peşə sahəsinin emalatxana və laboratoriya təchizatını təmənnasız həyata keçirmək, Türkiyə tərəfindən Azərbaycana göndərilən rəhbər işçi, müəllim, tələbə və digər işçilərin kurs, təcrübə, müəssisələrdə bacarıq təlimi, xidmətdaxili təlim, sosial, mədəni, incəsənət, elmi, idman fəaliyyətləri və yarışları üçün lazım olan nəqliyyat, qalmaq və iaşə xərclərini qarşılamaq, Azərbaycanda qüvvədə olan qanunvericiliyə uyğun olaraq lazımi ödənişləri etmək daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR