Bank Of Baku

Polşa prezidenti Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Polşa prezidenti Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
# 31 oktyabr 2026 05:41 (UTC +04:00)

Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

APA xəbər verir ki, prezident paytaxta çatdıqdan sonra Prezident Sarayında Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüş keçirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR