Bakıda daha bir məktəbin 3 sinfi distant təhsilə keçib

7 nömrəli məktəb

© APA | 7 nömrəli məktəb

# 15 oktyabr 2021 16:38 (UTC +04:00)

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5 ç, 7 d və 10 ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR