BDU ilə Plexanov adına Rusiya İqtisad Universiteti arasında saziş imzalanıb - FOTO

BDU ilə Plexanov adına Rusiya İqtisad Universiteti arasında saziş imzalanıb

© APA | BDU ilə Plexanov adına Rusiya İqtisad Universiteti arasında saziş imzalanıb

# 20 may 2021 18:35 (UTC +04:00)

Bakı Dövlət Universiteti (BDU) ilə G. V. Plexanov adına Rusiya İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Baş Naziri Əli Əsədov Plexanov adına Rusiya İqtisad Universitetində görüş keçirib.

Görüş zamanı BDU ilə Plexanov adına Rusiya İqtisad Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Plexanov adına Rusiya İqtisad Universitetinin rektoru İvan Lobanov və görüşə videokonfrans vasitəsilə qatılan BDU-nun rektoru Elçin Babayev imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR