Dərman təchizatının İTS-nin Xidmətlər Zərfinə daxil olub-olmamasına aydınlıq gətirilib

Dərman təchizatının İTS-nin Xidmətlər Zərfinə daxil olub-olmamasına aydınlıq gətirilib
# 08 dekabr 2021 16:58 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman təchizatının Xidmətlər Zərfinə daxil olub-olmamasına münasibət bildirib.

APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib ki, ambulator şəraitdə dərman təchizatı Xidmətlər Zərfinə daxil deyil.

O bildirib ki, stasionar xidmətə ehtiyacı olan vətəndaşlar üçün göndəriş vərəqəsi verilir: “Vətəndaş artıq stasionar tibbi xidmətdən yararlanaraq hər hansı tibb mərkəzində müalicə alırsa, bu zaman bütün dərman vəsaitləri icbari tibbi sığorta çərçivəsində qarşılanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR