DİM: 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 27 iyul 2021 14:46 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR